Gəncədə 68 yaşlı qadın zəhərlənərək ölüb
5
19:51 - 09 Noyabr 2024
Gəncədə 68 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.
TNS-in məlumatına görə, şəhər sakini, 1956-cı il təvəllüdlü M.İbrahimova evdə sirkə turşusundan zəhərlənib.
Xəstəxanada tibbi yardıma baxmayaraq, M.İbrahimovanı xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.