İnsan alverində təqsirləndirilən qadın axtarışa verildi - FOTO
16
19:11 - 09 Noyabr 2024
Azərbaycanda qadın insan alverində ittiham olunaraq, barəsində axtarış elan olunub.
TNS xəbər verir ki, 43 yaşlı Astara rayon sakini Vüsalə Raqib qızı Şiriyeva insan alverində təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanıb.
Vüsalə Şiriyevanın tutularaq, istintaqa cəlb edilməsi üçün barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən axtarış elan olunub.