Gəncədə yol qəzası oldu, ölən və xəsarət alan var
56
13:25 - 09 Noyabr 2024

Gəncədə yol qəzası olub.
TNS-in məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 2 nəfər - 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Fəxrəddin Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
K.Əliyeva xəsətəxanada dünyasını dəyişib. F.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.