Kürdə axtarılan qadın Bakıda tapıldı
Özünü Kür çayına atdığı ehtimal olunan Neftçala rayonunun Bankə qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Məmmədova Vəfa Ruxsad qızının Bakı şəhərində olduğu məlum olub.
TNS xəbər verir ki, yaxınlarının sözlərinə görə, qadın hazırda Bakı şəhərində, sığınacaqlardan birindədir.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Belə ki, bu hadqa iki gün öncə evdən çıxan və çayın qırağında paltarları tapılan qadının yaxınları onun üzünü çaya atdığını ehtimal edərək məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.