Close

Elbrus Ərud onlara qalib gəldi - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Musavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın məclis sədri Arif Hacılının Nərimanov Rayon Məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

TNS-in məlumatına görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar elan olunub.

Məhkəmənin qərarı ilə şikayət əsassız olduğu üçün rədd edilib.

Xatırladaq ki, 13 avqust 2024-cü il tarixdə “Qafqazinfo.az” saytında “Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar? ” adlı məqalə dərc edilib. İsa Qəmbər və Arif Hacılı həmin yazıda onlara böhtan atıldığını bildirərək, Nərimanov Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb, saytın rəhbəri Elbrus Seyfullayevin (Ərud) cəzalandırılmasını istəyib.  

Nərimanov Rayon Məhkəməsi iddianı əsassız olduğu qənaətinə gələrək, təmin etməyib.

İsa Qəmbər və Arif Hacılı qərarla razılaşmayıb, apellyasiya şikayəti veriblər.