Əməkdar məşqçi vəfat etdi
41
23:03 - 05 Noyabr 2024

Azərbaycanın əməkdar məşqçisi, sabiq voleybolçu Yaqub Rəsulov vəfat edib.
TNS xəbər verir ki, o, bu gün uzun sürən xəstəlikdən sonra ölüb.
Mərhum sabah Masallı şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Y. Rəsulov 70 yaşında dünyasını dəyişib. (Report)