Close

Bakıda 30 min manatlıq qapı və kondisioner oğurlandı - FOTO

Paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb.

TNS DİN-ə istinadən xəbər verir ki, rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Digər bir tədbirlə Nizami rayonunda “VAZ” markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

672a1aa4d23b1672a1aa4d23b21730812580672a1aa4d23ae672a1aa4d23b0

672a1b162820e672a1b162820f1730812694672a1b162820c672a1b162820d