Close

23:55
02 Yanvar 2025

Bakıda güclü yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərmanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Bu barədə TNS-ə FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.