Yola qəfil çıxan piyada zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO
“Bir, yüz, min insan yollarda qaydalara əməl edir. Biri qaydaya əməl etməyəndə başqaları əziyyət çəkir”.
TNS xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, qaydalara əməl etmək tək hüquq deyil, həm də vəzifədir: “Paytaxtın əsas yollarında piyada və sürücü ehtiyatsızlığından baş verən hər bir qəza sıxlığa, şəhərin digər istiqamətlərində hərəkətin fasiləsiz təşkilində ləngimələrə səbəb olur”.
Elşad Hacıyev DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin piyada səhlənkarlığı ilə bağlı videosunu paylaşıb.
Həmin videonu təqdim edirik: