Close

13:07
30 Oktyabr 2024

Sərnişin öldü, təyyarə Bakıya məcburi eniş etdi

Türkiyədən Pakistana gedən sərnişin təyyarədə dünyasını dəyişib.

TNS-in əldə etdiyi məlumata görə, hadisə oktyabrın 29-da baş verib. Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin, Pakistan Respublikası vətəndaşı, 1951-ci il təvəllüdlü Parveen Nusraatın halı pisləşib və o təyyarədə ölüb. Dərhal təyyarə H.Əliyev Adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Meyit daxili müayinə üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. 

Faktla bağlı araşdırma aparılır.