Close

13:07
30 Oktyabr 2024

10 yaşlı uşağı avtomobil vurdu

Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in məlumatına görə, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü X.X.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.