Close

22:20
23 Oktyabr 2024

İki ay əvvəl itkin düşən Qəbələ rayon sakini və övladı tapıldı

Qəbələdə iki ay bundan əvvəl itkin düşən ana və övladı tapılıb.

TNS-in məlumatına görə, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova və onun azyaşlı övladı polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində tapılıb.

Məlumatı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiq ediblər.