Close

Ordumuzun zabiti faciəli şəkildə öldü

Azərbaycan Ordusunun zabiti faciəli şəkildə ölüb.

TNS Oxu.az-a istinadla xəbər verir ki, leytenant Elnur Cabbarov Qubadlıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Belə ki, onun idarə etdiyi "Mersedes" markalı avtomobil rayonun Muradxanlı kəndi ərazisində aşıb. Hadisə nəticəsində E.Cabbarov həyatını itirib.