Close

Bakıda 2 avtomobil yandı

Bakı şəhərinin Sabunçu rayonunda “Mersedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

TNS FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xəzər rayonunda isə “Ravon” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.