Close

21:09
22 Oktyabr 2024
18:45
22 Oktyabr 2024

Hacıqabulda maşın aşıb, iki nəfər xəsarət alıb

Hacıqabulda yol qəzası olub.

TNS-in məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində baş verib. “Toyota Prado” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan Hacıqabul rayonunun Şorbaçı kənd sakinləri, 1997-ci il təvəllüdlü Quliyeva Şəfa Bəylər qızı və 1995-ci il təvəllüdlü Quliyev Orxan İqabət oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Şirvan xəstəxanasına yerləşdilrilib.

Faktla bağlı araşdırma aparılır.