Close

18:45
22 Oktyabr 2024

Oğlunu güllələyən ata saxlanıldı

Astarada oğluna xəsarət yetirən ata saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TNS-ə bildirilib ki, şəxsi münasibətlər zəminində oğlu Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə iki gün bundan əvvəl Astarada baş vermişdi. Sitrus bağları üstündə düşən mübahisə zəminində ata Ağaşir Hüseynov oğlu Tural Hüseynova ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirmişdi.