Close

Ağac yola aşdı - Maşınların hərəkətində çətinlik yarandı

Xətai rayonu, Babək prospekti, köməkçi yolda ağac yolun hərəkət hissəsinə aşıb.

TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində nəqliyyat vasitələrinin Günəşli qəsəbəsi istiqamətində hərəkətində çətinlik yaranıb.

"Sürücülərə yolda hərəkət zamanı diqqətli olmaları xahiş olunur," - deyə məlumatda qeyd olunub.