Close

Hövsanı sel basdı - Qəsəbədə vəziyyət çətinləşdi - VİDEO

Aramsız yağan yağışlar Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsini iflic edib. 

TNS-in məlumatına görə, qəsəbənin bir hissəsi yağış sularına məruz qalıb.

Ərazidə piyadaların və avtomobillərin hərəkəti çətinləşib. Qəsəbədə kanalizasya xəttinin normal ötürücülük qabiliyyətinə malik olmaması ərazidə biabırçı vəziyyət yaradıb.

Hazırda Hövsan sel suları altında qalmaq təhlükəsindədir. Küçələrdə sel sularının səviyyəsinin bir metri keçdiyi bildirilir.

Qəsəbə ərazisindəki hazırki vəziyyətlə bağlı videogörüntünü təqdim edirik: