Close

Bakıda məktəbin hasarı uçdu, tədris müvəqqəti dayandırıldı

Azərbaycanda müşahidə edilən yağıntılı hava şəraiti səbəbindən Bakının 123 nömrəli tam orta məktəbinin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Bu barədə TNS-ə məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb",- deyə məlumatda qeyd edilib.