Close

Neft Emalı Zavodundakı yanğın söndürülüb - YENİLƏNİB

Xəbər verildiyi kimi, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

12.47

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğına helikopterlər cəlb olunub.

TNS xəbər verir ki, hadisə baş verən ərazidə iki yanğın söndürən helikopter hərəkət edir.

12.01

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

11:48

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

TNS xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.