Close

Göygöldə çayda meyit aşkarlanıb

Göygöl rayonunda restoran yaxınlığında meyit aşkarlanıb.

TNS-in məlumatına görə, hazırda tapılan meyitinin şəxsiyyəti və ölüm səbəbi araşdırılır.

Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.