ADPU-da tələbələr yağış suyu daman otaqda dərs keçiblər - VİDEO
14
19:35 - 21 Oktyabr 2024
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda yağış suları tavandan auditoriyalara axır.
TNS xəbər verir ki, bu barədə universitetdə təhsil alan tələbələrdən birinin valideyni Baku.ws-in qaynar xəttinə məlumat verib.
O, bildirib ki, tələbələr çətin şəraitdə təhsilə davam etməli olublar. Bu da onların sağlamlığını risk altına atıb.
Sözügedən halla bağlı təhsil ocağının mətbuat xidmətinə sorğu ünvanlanıb.
Həmin videonu təqdim edirik: