Close

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vurub.

TNS-in məlumatına görə, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb. "Mercedes" markalı avtomobil yolu keçən qadını vurub. Xəsarət alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılarkən yolda ölüb. Ölən şəxsin kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.