Close

Gəncə sakini küçədə bıçaqlandı

Gəncə şəhərində mübahisə bıçaqlanma ilə nəticələnib.

TNS-in məlumatına görə, hadisə .əhərin Nizami prospektində baş verib. Şəhər sakini Cəfərov Cəfər Rizvan oğlu mübahisə nəticəsində tanışı Əhmədov Eldar Oqtay oğlunu bıçaqlayıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.