Close

Azərbaycanda mayor vəfat etdi - FOTO - YENİLƏNİB

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Famil Abdulla oğlu ürəktutmasından vəfat edib.

Bu barədə TNS-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

2024/10/20 - 21:40

Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib.

TNS Unikal-a istinadla xəbər verir ki, mayor Famil Tağıyev bu gün ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Famil Tağıyev Şuşada yerləşən N saylı hərbi hissələrin birində çalışırmış.

Mərhum sabah Gəncədə dəfn ediləcək.

photo_2024-10-20_21-36-43