Close

20:20
20 Oktyabr 2024

Şirvanda bədbəxt hadisə: 2 yaşlı uşaq…

Şirvanda 2 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb.

TNS-in məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Şirvan sakini, 2022-ci il təvəllüdlü Ə.B binanın 2-ci mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb.

Azyaşlı kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.