Bakıda sexdə yanğın oldu
6
11:40 - 20 Oktyabr 2024
Bakıda sexdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən TNS-ə verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda fabrik ərazisində ümumi sahəsi 700 m² olan ayaqqabı altlıqları istehsalı sexinin dam örtüyünün taxta atmaları, şüşə-pambıq üzlük 280 m² sahədə, 1 ədəd dəzgah və 200 m² sahədə yığılan ayaqqabı altlıqları yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.