Close

20:20
20 Oktyabr 2024

Kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub

Samur-Abşeron kanalının Şabran rayonu Gəndob kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının kimliyi məlum olub.

TNS-in məlumatına görə, həmin şəxsin oktyabrın 3-də itkin düşən Xaçmaz rayon Hacıəlibəy kənd sakini 1995-ci il təvəllüdlü Cəfərova Kübraxanım Cəlil qızı olduğu müəyyənləşib.

Onun hansı şəraitdə kanala düşməsi məlum deyil. Qadının intihar etməsi, yaxud digər cinayətin qurbanı olması aparılan araşdırmalardan sonra bəlli olacaq.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.