Close

19:27
18 Oktyabr 2024
18:19
18 Oktyabr 2024
16:55
18 Oktyabr 2024

Balakəndə iki maşın toqquşdu, ölən var

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

TNS-in məlumatına görə, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.