Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Lənkəranda dəhşət- 24 yaşlı oğlan küçədə qətlə yetirildi

Lənkəranda qətl hadisəsi baş verib.

TNS-in məlumatına görə, hadisə oktyabrın 17-də saat 22 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. Polisə 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TNS-ə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.