Close

Sevgilisinin evində tutuldu, özünü 13-cü mərtəbədən atdı – Masazırdakı faciənin dəhşətli təfərrüatları

Abşeron rayonunun Masazır qəsəbəsində intihar edən Məhəmmədəli Əmiraslanovun ölümündə təqsirləndirilən Rasim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS xəbər verir ki, cinayət işinin istintaqı zamanı zərərçəkmişin intihar səbəbləri məlum olub.

İttiham aktına görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsindəki “QƏSR” Yaşayış Kompleksi A bloku, 100 saylı mənzildə baş verib.

“Instagram”dan başlanan eşq məcarası

Zərərçəkmiş M. Əmiraslanov “Instagram” sosial şəbəkəsi vasitəsilə bir xanımla tanış olur. Məlum olur ki, həyat yoldaşı xarici öllkələrdən birincə işləyən qadın evində azyaşlı övladı ilə birlikdə yaşayır. Sosial şəbəkə vasitəsilə danışan cütlüyün arasında bir müddət sonra sevgi münasibəti yaranır və Məhəmmədəli qadınla görüşməyə qərar verir.

Məhəmmədəli həmin xanımın yaşadığı binanın blokunda onunla görüşür. Bundan sonra onlar mütəmadi danışır, bir-birlərinə bağlanırlar. Bir müddətdən sonra qadın Məhəmmədəlini evinə dəvət edir. O, mərhumun evə rahat daxil olması üçün mənzilin girişindəki təhlükəsizlik kamerasını söndürür. Məhəmmədəli qadının evində olarkən ev sahibinin qardaşı, yəni qadının Rasim adlı qaynı evə gəlir və onları birlikdə tutur. Hadisə nəticəsində Məhəmmədəli özünü 13-cü mərtəbədən atıb intihar edir.

“Oğluma işgəncə verib, intihara sövq ediblər”

Məhkəmədə ifadə verən zərərçəkmiş Məhəmmədəli Əmiraslanovun atası bildirir ki, oğlu subay olduğu üçün onun hansısa qadınla sevgili olmasından məlumatsızdır: “Qadının ailəsi ilə heç bir tanışlığımız olmayıb. Dekabrın 29-da Abşeron Polis İdarəsindən zəng edib, məni idarəyə çağırdılar. İdarədən oğlumun intihar etdiyini deyib, məni "morq"a göndərdilər. Mən də getdim. Oğlumun meyiti tanınmaz halda idi. 

Oğlumun ölümünün səbəbkarı Rasimdir. Rasim oğlumu qanunsuz azadlıqdan məhrum edib, ona işgəncələr verib, təzyiq altına saxlayıb, onu döyüb, şərəf və ləyaqətini alçaldıb, hədə-qorxu gəlib. Oğlum da buna dözməyyib özünü binadan atıb”.

“Ailə qurmamışdan əvvəl də onunla görüşürdüm”

İş üzrə məhkəmə prosesində ifadə verən qadın etiraf edib ki, sosial şəbəkədə tanış olandan sonra o, Məhəmmədəli ilə sevgili olmağa qərarı verib. Azyaşlı övladını kiminsə himayəsinə verə bilmədiyindən Məhəmmədəlini evinə dəvət edib: “Hadisə baş verən gün Məhəmmədəli sosial şəbəkə vasitəsilə danışanda mənimlə görüşmək üçün israr etdi. Mən də aramızda sevgi münasibətləri yarandığı üçün onunla razılaşdım Məhəmmədəlini evimə çağırdım. Təxminən saat 19 radələrində Məhəmmədəli evə gəldi. Oğlum evin zalında yatmışdı. Telefonumu söndürüb, adapterə qoşdum. Girişdəki kameranı söndürüb onu içəri çağırdım. Biz Məhəmmədəli ilə cinsi əlaqədə olduq. Məhəmmədəli evə gələndən təxminən 90 dəqiqə sonra qapı döyüldü. Bu zaman oğlum oyandı. Məhəmmədəli paltarını geyinib mətbəxə keçdi. Ona gözləməsini tapşırdım. Qapıdan baxıb gördüm ki, qaynım Rasimdir. Məhəmmədəliyə dedim ki, yataq otağına keçib, gizlənsin. O, yataq otağında gizlənəndə oğlum onu gördü.

Qapını açıb Rasimlə salamlaşanda həyəcanlı idi. Öğlum qaynıma “əmi, evdə əmi var” dedi. Rasim yataq otağıma keçib, Məhəmmədəlini gördü, geri qayıdıb mənə şillə vurdu. Məndən həmin şəxsin kim olduğunu soruşdu, peşmançılıqla Rasimdən üzr istədim. Rasim zəng vurub o biri qaynımı, ata-anamı və qardaşlarımı evə çağırdı. Adamlar gələnə qədər Rasim Məhəmmədəli ilə yataq otağımda qaldılar, qapı örtülü olsa da, bağlı deyildi. Çünki yataq otağımın qapısınin kilidi işləmirdi.

Əvvəlcə qaynım Anar, ondan bir az sonra isə valideynlərim və qardaşlarım evə gəldilər. Məsələdən xəbərdar olandan sonra məni danlamağa başladılar. Anar isə mənim əlimdən tutmuşdu ki, özümə qəsd etməyim.
Rasim əvvəlcə qardaşlarımın üstündə soyuq silah olub-olmadığını bilmək onların üstünü yoxladı, sonra evə buraxdı. Anam yataq otağına keçib, Məhəmmədəli ilə nəsə danışdı. Həmin vaxt Rasim otaqdan çıxıb siqaret çəkmək üçün çölə çıxdı.

Məhəmmədəli anama peşman olduğunu deyib və üzr istəyib. “Mən çox utanıram, sizdən üzr istəyirəm, mən burada sadəcə gözləyirəm ki, qıza bir şey olmasın, onsuz da bu gün mənim son günümdür”, - deyib.

Oğlum anamdan su istədi, anam su gətirmək üçün mətbəxə keçdi, daha sonra anam “vay aman, özünü atdı” deyə qışqırdı. Rasim səsə çöldən gəldi, Məhəmmədəli nəzarətsiz qaldığı üçün qardaşı Anarın üstünə qışqırdı”.

Qadın bildirib ki, həyat yoldaşı ilə 2018-ci ildə evləniblər, bu nikahdan bir övladları var: “Məhəmmədəlini isə 2017-ci ildən tanıyırdım. Ailə qurmamışdan əvvəl də onunla görüşürdüm, ailə qurduqdan sonra isə bir dəfə evimdə, bir dəfə də binanın pilləkənlərində görüşmüşəm. Hadisə baş verən gün Məhəmmədəli ilə ilk dəfə idi ki, cinsi əlaqədə olurdum”.

Qadının ifadələrində ziddiyyətli məqamlar

Məhkəmədə məlum olub ki, qadının ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyət var. O, istintaqa təzyiq altında ifadə veridyini bildirib. Qadının əvvəlki ifadəsində bildirilib ki, Rasim Məhəmmədəlini yataq otağında tutandan sonra onu vurub, təhqir edib.

“Qardaşım oğlu dedi ki, əmi, evdə başqa əmi var”

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Rasim Sadıqov isə bildirib ki, o, həmin gün qardaşı Yasinin təkidi ilə onlara gedib: “Axşam saat 20:00 radələrində Latviyada işləyən qardaşım zəng vurdu ki, həyat yoldaşı ilə əlaqə saxlaya bilmir. Mənə dedi ki, onlara gedim. Dedi ki, yoldaşının telefonuna zəng çatmır, evin kamerası da sönüb. Saat 20:30 radələrində mən həmin mənzilə gəldim, qapını döydüm açan olmadı, düşündüm ki, yəqin evdə yoxdur. 10-15 dəqiqə ərzində qapını açan olmadı. Qayıtmaq istəyəndə qapının aralandığını eşitdim. Geri qayıdanda qardaşımın yoldaşının qapını açdığını gördüm. Bu vaxt qardaşım oğlü üstümə gəlib mənimlə görüşdü. Gəlindən soruşdum ki, telefonu niyə açmırsan, Yasin narahatdır. Bu vaxt qardaşım oğlu Raul “əmi, evdə başqa əmi də var”- dedi. Düşündüm ki, yəqin o biri qardaşım da gəlib. Amma içəri keçib heç kimi görmədim. Bu vaxt Raul əli ilə yataq otağında çarpayının altını göstərdi. Çarpayının altına baxanda həmin şəxsi gördüm. Ona əsəbi halda “Bu nə şəxsiyyətsizlikdir edirsiniz? Utanmırsanmı, ailəli bir qadının evinə girirsən?” - dedim. O,üzr istədi. Dedim "gözlə, qızın valideynlərini çağırıram". Məhəmmədəli mənə dedi ki, qıza heç nə olmayacaqsa, gözləyər. Dedim ki, heç kəsə heç nə olmayacaq, qızın ailəsi gəlsin, sonra birlikdə çıxıb gedərsiz.

“Qışqırıq səsinə otağa girdim ki, o, özünü atıb”

Məhəmmədəli ilə söhbət edib, ona su verdim. Söhbət zamanı öyrəndim ki, Məhəmmədəli gədəbəylidir, yerlimizdir. Bir müddətdən sonra gəlinimizin ata-anası, iki qardaşı və mənim qardaşım Anar gəldilər.

Həyəcanlı idim, gəlinin anası mənə su vermək üçün mətbəxə keçdi. Elə bu vaxt yaranan qarşıqlıqdan istifadə edən Məhəmmədəli özünü 13-cü mərtəbədən atdı. Mən həmin vaxt otaqda yox idim. Qışqırıq səsinə otağa girdim ki, o, özünü atıb.

İttihamda göstərilib ki, mən guya Məhəmmədəliyə zor tətbiq etmişəm, onu döyüb işgəncə vermişəm. Məhəmmədəli məndən həm bədənli, həm də güclü idi. Mən onu necə döyə bilərəm?

Hadisədən sonra atam iki dəfə infakt keçirib dünyasını dəyişdi, anam yataq xəstəsi oldu, həyat yoldaşım xəstəlik tapıb, özüm isə aylardır ki, həbsdəyəm”.

İş üzrə məhkəmə prosesi yekunlaşıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Rasim Sadıqova hökm oxunub. Məhkəmənin hökmü ilə R. Sadıqov cinayətdə təqsirli bilənərək 6 il azadlıqdan məhrum edilib.