Close

Cəlilabadda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.