Close

Xalası müğənninin cəzalandırılmasını istəyir: “Nüşabə mənə böhtan atıb”

Müğənni Nüşabə Musayevanın haqqında çıxarılan bəraət hökmü ilə bağlı kassasiya şikayəti verilib.

TNS-in məlumatına görə, N. Musayevanın xalası Şahsənəm Canıyeva Səbail Rayon Məhkəməsinin bəraət hökmünün ləğv edilməsini, müğənninin cəzalandırılmasını istəyir.

nusabe1706464572

Qeyd edək ki, müğənni Nüşabə Musayeva “Bizimləsən” verilişində atasının xalası Ş. Canıyeva ilə sevgili olduğunu və anasına xəyanət etdiyini bildirib. Ş.Canıyeva isə N. Musayevanın ona böhtan atdığını bildirib, bu barədə məhkəməyə müraciət edib və dəymiş ziyana görə  müğənnidən 30 min manat təzminat istəyib.

İşi araşdıran Səbail Rayon Məhkəməsi müğənni barədə bəraət hökmü çıxarıb, Şahsənəm Canıyevanın təzminat tələbini rədd edib.