Close

Kürdəmirdə avtomobil su kanalına düşdü

Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar var.

TNS-in məlumatına görə, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındakı su kanalına düşüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər - Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Əsgərova Nəzakət Ziyafət qızı və 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Aslanova Bilqeyis Rüstəm qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimər onların vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.