Close

Əhmədin məhkəməsi yenə təxirə düşdü - SƏBƏB

Bakı Ağır Cinayətlər Məhkəməsində ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.

TNS-in məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilməli olan proses növbəti dəfə təxirə düşüb.

Bildirilib ki, Ə. Əhmədovun cinayət işi üzrə məhkəmə tərkibindəki hakimlərdən biri Əli Məmmədov prosesə qatılmadığı üçün məhkəmə iclası qeyri-müəyyən vaxta keçirilib.

Xatırladaq ki, Ə.Əhmədov bu ilin fevral ayının 13-də aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinir.

Hadisədən bir gün sonra Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. Ə.Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilir.