Close

Məhkəmə "Baku Steel Company”nin rəhbərinin şikayətini rədd etdi

Ali Məhkəmədə “Baku Steel Company”nin 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş keçmiş rəhbəri Rasim Məmmədovun kassasiya şikayətii üzrə məhkəmə prosesi keçirilib.

TNS-in məlumata görə, prosesdə şikayət araşdırılıb və qərar elan olunub.

Məhkəmə R.Məmmədoun şikayətini təmin etməyib.

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun 70 milyonluq əmlakı müsairə olunub.

Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaltsa da, hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb. Bir ay əvvəl Ali Məhkəmə də müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib.