Close

23:11
07 Oktyabr 2024

Qadının baldızı tərəfindən döyülməsi iddiası araşdırılır

Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsi iddiası ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Şəmkir rayonu ərazisində qeydə alınıb:

"Məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunub. Ekspert rəyinin nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", - məlumatda qeyd olunub.