Close

23:11
07 Oktyabr 2024

Minik avtomobili ilə motosiklet toqquşdu - FOTO

Beyləqan rayonu ərazisində minik avtomobili və motosiklet toqquşub.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu Xalac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan iki nəfər - Talıbov Aqşin Namiq oğlu və Vəliyev Rahib Rafiq oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda səhhətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

612d5851-79b5-4255-a609-a0420ec7257f

98424c7b-d1af-489d-bd69-40dd4eade464

Ziya Əmirxanlı