Sabirabadda dayı 11 yaşlı bacısı oğlunu avtomobillə vurub
102
14:59 - 07 Oktyabr 2024
Sabirabadda sürücü 11 yaşlı bacısı oğlunu avtomobillə vurub.
TNS-in məlumatına görə, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində baş verib. “Mercedes” markalı avtomobil kənd sakini, 2013-cü il təvəllüdlü E.Rzayevi vurub. Uşaq xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Avtomobili idarə edən şəxsin uşağın dayısı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.