Close

13:20
07 Oktyabr 2024
11:52
07 Oktyabr 2024
11:33
07 Oktyabr 2024

Göygöldə əqrəb sancan müəllim öldü

Göygöl sakinini əqrəb sancıb.

TNS-in məlumatına görə, rayonun Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədov sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən onu əqrəb sancıb.

İki gün sonra halı pisləşən Adil Məmmədov xəstəxanaya aparılıb, müalicəsi 1 ay davam etdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnindən dərs deyirmiş.