Close

21:00
06 Oktyabr 2024

Lənkəranda qəza olub, ər və arvad xəsarət alıb

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in verdiyi məlumata görə hadisə Lənkəran-Boradigah-Masallı avtomagistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində baş verib.

Belə ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində sərnişinlər Lənkəran rayon Gəgiran kənd sakinləri 1978-ci il təvəllüdlü Şücaət Əsgər oğlu İbadov və həyat yoldaşı 1978-ci il təvəllüdlü Nüşabə Hüseynağa qızı İbadova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd edək ki, sözügedən kənddə bu gün, gecə saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.

Faktla bağlı araşdırma aparılır.