Close

Yeniyetmə qız dəm qazından zəhərlənib

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.

TNS-in xəbərinə görə, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü M.Paşayeva hamamda dəm qazından zəhərlənib. 15 yaşlı qıza yaşadığı evdə yardım edilib, durumu kafidir.

Məlumata görə, 15 yaşlı yeniyetmə qız yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.