Close

Bakıda yeniyetmə qətl törətdi

Oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə TNS-ə Xəzər rayon prokurorluğundan bildirilib.

Araşdırma zamanı yetkinkinlik yaşına çatmayan Ə.N-nin (şərti) rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu Qurban Məlikova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinkinlik yaşına çatmayan Ə.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.