Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Mingəçevir şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

TNS-in məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Ü.Həsənova, 1956-cı il təvəllüdlü İ.Rzayev, 1995-ci il təvəllüdlü Q.Həsənov və 1980-ci il təvəllüdlü N.Məmmədova xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.