Close

Bərdədə yaşlı kişini maşın vurub öldürdü - VİDEO

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in yerli müxbiri xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Saatlı kəndi ərazisində qeydə alınıb.

"KİA" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub.

Ağır xəsarət alan kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı