Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı
Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.
Araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimov oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satıb.
Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub.