Close

Ucarda maşın xəndəyə düşüb, 3 nəfər xəsarət alıb

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Bağman kəndində qeydə alınıb. "Chevrolet" minik maşını sərt döngədə idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə düşüb. Nəticədə, bir ailənin üç üzvü- Gülnar Məmmədova, Seymur Məmmədov və Xədicə Məmmədova müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.