Close

Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanıldı

Oktyabrın 3-də axşam saatlarında Biləcəri dəmir yolu stansiyası ərazisindən rabitə kabeli oğurlamağa cəhd göstərən şəxs Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən TNS-ə verilən məlumata görə, onun 42 yaşlı İ.Əliyev olması və Keşlə dəmir yolu stansiyası ərazisindən oğurluq etməsi də müəyyən olunub.

Araşdırma aparılır.