Close

21:48
28 Sentyabr 2024

Qaxda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

Qaxda minik avtomobillərinin toqquşması nəticəsində bir ailənin üç üzvü xəsarət alıb.

TNS-in məlumatına görə, hadisə axşam saat 18 radələrində Qax şəhərinin girişində baş verib.

Belə ki, minik avtomobili eyni istiqamətdə hərəkətdə olan “VAZ” markalı digər minik avtomobilinə çırpılıb.

Qəza zamanı “VAZ” markalı avtomobildə sərnişin qismində olan üç qadın; Qax rayon sakinləri 1957-ci il təvəllüdlü Zeynəb Süleyman qızı Abakarova, onun qızı 1978-ci il təvəllüdlü Elnarə İsa qızı İsayeva və gəlini 1991-ci il təvəllüdlü Dürrə Məhəmməd qızı Abakarova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə çağrılmış Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Qax rayon şöbəsinin həkim briqadası tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Hazırda xəstəxanada yaralıların müayinə və müalicəsi aparılır.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.