Close

21:48
28 Sentyabr 2024

Sumqayıtda binada yıxılan qızın vəziyyəti ağır olduğu üçün Bakıya təxliyə olunub - YENİLƏNİB

28.09.2024-cü il tarixində saat 15:00 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Mərkəzdən TNS-ə bildirilib ki, ağır müştərək travma və baş-beyin əzilməsi diaqnozları təyin edilən azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan, ailə üzvlərinin yazılı iltizamnaməsi ilə Bakıdakı özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

19:46

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

TNS xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Fakt araşdırılır.